Dörd sərbəst güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

30 Oktyabr 2026 09:23
124
Dörd sərbəst güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın daha dörd sərbəst güləşçisi bu gün xalça üzərinə çıxacaq.

İdman.Biz xəbər verir ki, Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq), Arseniy Cioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) mübarizəyə qoşulacaqlar.

Nurəddin Novruzov, Kənan Heybətov və Giorgi Meşvildişvili ilk mərhələdən azaddırlar. Arseniy Cioyev isə ilk görüşündə Bəhreyn təmsilçisi Xıdır Saypudinovla qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

İdman.Biz