Bu gün futbol üzrə Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsinin oyunları davam edir.
İdman.Biz xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutacaq.
Elita təmsilçilərindən “İmişli” “Qaradağ Lökbatan”ı, “Şəfa” “Ağstafa Gəncləri”ni, “Kəpəz” isə “Baku Sportinq”i qonaq edir. “Şamaxı” “Hypers”in qonağı olacaq. Birinci Liqanın iki iddialısı - MOİK və “Şahdağ Qusar” isə Binədə üz-üzə gələcək.
Azərbaycan Kuboku
İkinci təsnifat mərhələsi
28 oktyabr
14:00. “İmişli” - “Qaradağ Lökbatan”
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu
14:00. MOİK - “Şahdağ Qusar”
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Zakir Şükürzadə, Pərviz İbrahimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu
14:00. “Hypers” - “Şamaxı”
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Əkbər Əliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı şəhər stadionu
16:00. “Şəfa” - “Ağstafa Gəncləri”
Hakimlər: Sənan Bayramzadə, Elmin Süleymanov, Sevda Nuriyeva, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“SOCAR Polymer Arena”
19:00. “Kəpəz” - “Baku Sportinq”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rasim Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu
Qeyd edək ki, ikinci təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq. Ötən gün “Araz-Naxçıvan” “Şimal”ı (6:0), “Marafon” “Zaqatala”nı (1:0), “Sumqayıt” “Kür-Araz”ı (11:0), “Qəbələ” “Mingəçevir”i (3:0), “Zirə” “Səbail”i (2:2, p. - 3:2) məğlub edib.
