Futbol üzrə U-15 millimiz dünya çempionatında Çili ilə qarşılaşacaq

28 Oktyabr 2026 09:27
35
Futbol üzrə U-15 millimiz dünya çempionatında Çili ilə qarşılaşacaq

Bakıda təşkil olunan futbol üzrə FIFA U-15 Dünya Çempionatı və Festivalında Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda C Divizionunun 1/16 final mərhələsində Çili yığması ilə üz-üzə gələcək.

Hövsan Yarış Kompleksinin 7B stadionunda keçiriləcək görüş saat 11:30-da başlayacaq.

Bu cütün qalibi növbəti mərhələdə Belarus - Cəbəllütariq qarşılaşmasının güclüsü ilə, məğlub tərəf isə həmin duelin uduzanı ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsini 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

İdman.Biz