Fransa millisinin sabiq futbolçusu Jerom Roten “Real Madrid”in hücumçusu Kilian Mbappenin 2026-cı il “Qızıl top” mükafatının səsverməsində ikinci yeri tutmasına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Roten RMC Sport-da yayımlanan “Rothen s'enflamme” proqramında həmyerlisinin mükafatı qazanmaq üçün apardığı təbliğat kampaniyasını tənqid edib.
Sabiq futbolçunun fikrincə, Mbappe müsahibələri və ictimai açıqlamaları vasitəsilə səsvermədə iştirak edənlərin qərarına təsir göstərməyə çalışıb.
“O, əvvəlkilərdən fərqli olaraq, əsl kampaniya apardı. Hətta onunla mübarizə aparan digər futbolçular belə bu səviyyədə kampaniya aparmağa cəsarət etmədilər”, - deyə Roten bildirib.
Fransalı mütəxəssis Mbappenin bu addımlarının yekun sıralamaya təsirsiz ötüşmədiyini iddia edib:
“Düşünürəm ki, bu kampaniya nəticə verdi. Aydındır ki, belə kampaniya aparmasaydı, ikinci yeri tuta bilməzdi”.
Qeyd edək ki, oktyabrın 26-da Londonda keçirilən “Qızıl top” mərasimində əsas mükafatı “Bavariya”nın hücumçusu Harri Keyn qazanıb. Kilian Mbappe ikinci pillədə qərarlaşıb.
