Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov növbəti mərhələyə yüksəlib.
İdman.Biz xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançımız belaruslu Aleksandr Huştini tam üstünlüklə (17:7) məğlub edərək 1/8 finala vəsiqə qazanıb.
Daha əvvəl qadın güləşçimiz Ruzanna Məmmədova da 1/8 final mərhələsinə yüksəlmişdi.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
10:23
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova növbəti mərhələyə yüksəlib.
İdman.Biz xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yaponiyalı Natsuki Yamaquçini 5:0 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
09:23
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın üç təmsilçisi bu gün mübarizəyə qoşulacaq.
İdman.Biz xəbər verir ki, yarışın növbəti günündə bir qadın və iki sərbəst güləşçimiz xalça üzərinə çıxacaq.
59 kq çəki dərəcəsində çıxış edən Ruzanna Məmmədova ilk görüşündə yaponiyalı Natsuki Yamaquçi ilə qarşılaşacaq.
Sərbəst güləşçilərdən Rəşid Babazadə (65 kq) qırğızıstanlı Tairbek Jumaşbeklə, Maqomedxan Maqomedov (97 kq) isə belaruslu Aleksandr Quştinlə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
