Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirinin son yarış günündə Azərbaycanın üç cüdoçusu tatamiyə çıxacaq.
İdman.Biz xəbər verir ki, qadınların mübarizəsində Mədinə Kaisinova (+78 kq) 1/8 final mərhələsində Özbəkistan təmsilçisi İrişxon Qurbanbayeva ilə qarşılaşacaq.
Kişilərin yarışında isə Uşanqi Kokauri (+100 kq) Şərifcon Nazriyev (Tacikistan) - Yakiv Xammo (Ukrayna), Camal Qamzatxanov (+100 kq) isə Saba İnaneişvili (Gürcüstan) - Andre Umberto (Braziliya) cütünün qalibi ilə üz-üzə gələcək.
Təsnifat mərhələsi saat 11:30-da, final bloku isə 18:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan cüdoçuları oktyabrın 29-da start verilən turnirdə indiyə qədər 4 mükafat qazanıblar. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə ediblər.
