Voleybol üzrə Super Liqada bu gün daha bir oyun keçiriləcək

30 Oktyabr 2026 10:25
87
Voleybol üzrə Super Liqada bu gün daha bir oyun keçiriləcək

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci turun növbəti matçı bu gün baş tutacaq.

İdman.Biz xəbər verir ki, “Murov Az Terminal” və “Gənclər” komandaları üz-üzə gələcəklər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.

Qeyd edək ki, ikinci turun əvvəlki oyunlarında “Ordu” “Neftçi”ni, “Xilasedici” isə “AZERRAIL”i eyni hesabla - 3:0 məğlub edib.

İdman.Biz