“Xilasedici” bu gün Çempionlar Liqasında mübarizəyə başlayır

3 Noyabr 2026 10:31
121
“Xilasedici” bu gün Çempionlar Liqasında mübarizəyə başlayır

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası bu gün CEV Çempionlar Liqasında mübarizəyə start verəcək.

İdman.Biz xəbər verir ki, Cəlil Cəlilovun baş məşqçisi olduğu kollektiv ikinci təsnifat mərhələsinin ilk oyununda Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab görüşü noyabrın 11-də Portuqaliyada baş tutacaq.

İdman.Biz