“Mançester Yunayted” İngiltərə Premyer Liqasının doqquzun turunda növbəti məğlubiyyətini alıb.
İdman.Biz xəbər verir ki, Maykl Karrikin komandası səfərdə “Çelsi”yə 0:2 hesabı ilə uduzub.
“Stemford Bric” stadionunda keçirilən qarşılaşmanın 34-cü dəqiqəsində Mateus Kunya qonaqları hesabda önə keçirsə də, VAR müdaxiləsindən sonra qol ləğv olunub.
İkinci hissənin 50-ci dəqiqəsində Morqan Rocers hesabı açıb. 63-cü dəqiqədə “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bir dəqiqə sonra Koul Palmer penaltini dəqiq yerinə yetirərək londonluların üstünlüyünü artırıb. 71-ci dəqiqədə Estevaonun vurduğu qol isə VAR yoxlamasından sonra qeydə alınmayıb.
Bu nəticədən sonra “Mançester Yunayted” doqquz oyunda topladığı yeddi xalla turnir cədvəlinin 16-cı pilləsində qalıb. Xalını 16-ya çatdıran “Çelsi” isə dördüncü sıraya yüksəlib.
