İngiltərənin “Nyukasl” klubunda futbolçularla baş məşqçi Mattias Yayssle arasında anlaşılmazlıq yaranıb. Oyunçular almaniyalı mütəxəssisin taktiki ideyalarını və onlardan nə tələb etdiyini tam başa düşməkdə çətinlik çəkirlər.
İdman.Biz “Daily Mail”ə istinadən xəbər verir ki, komandadakı fikir ayrılıqlarına baxmayaraq, futbolçular baş məşqçini dəstəkləməyə davam edir və turnir cədvəlindəki vəziyyəti yaxşılaşdırmaq niyyətindədirlər.
Komandaya yaxın mənbənin məlumatına görə, təcrübəli oyunçular uğursuz nəticələrə görə öz məsuliyyətlərini də qəbul edirlər. Bununla belə, onlar meydandakı vəzifələri ilə bağlı məşqçidən daha konkret göstərişlər gözləyirlər.
Bundan başqa, bəzi futbolçular klassik “10 nömrə” ilə oynamağın məqsədəuyğunluğuna şübhə edirlər. Onların fikrincə, hazırkı heyətdə hücumameyilli yarımmüdafiəçi funksiyasını tam yerinə yetirə biləcək oyunçu yoxdur.
Qeyd edək ki, “Nyukasl” İngiltərə Premyer Liqasında 11 xal toplayıb və turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
