“Vikinq”in baş məşqçisi: “Bu qələbəyə layiq idik, futbolçularımla fəxr edirəm”

5 Noyabr 2026 03:14
35
“Vikinq”in baş məşqçisi: “Bu qələbəyə layiq idik, futbolçularımla fəxr edirəm”

Norveçin “Vikinq” klubunun baş məşqçisi Byarte Lunde Orşeym UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda “Sabah” üzərində qazandıqları 4:1 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis oyunsonrası mətbuat konfransında əldə olunan nəticəni klub üçün tarixi hadisə adlandırıb.

“Bu, həqiqətən də möhtəşəm və tarixi hadisədir. Matç başa çatdıqdan sonra futbolçularıma dedim ki, adlarınızı klubun tarixinə qızıl hərflərlə yazdırdınız. Onların çıxışından çox qürurlandım. Qarşılaşmaya gəlincə, çox yaxşı oynadıq. Düşünürəm ki, bu qələbəyə məhz biz layiq idik”, - deyə Orşeym bildirib.

Xatırladaq ki, Stavangerdə keçirilən görüş “Vikinq”in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah” 11-ci dəqiqədə hesabı açsa da, sonradan dörd qol buraxıb və matçı azlıqda başa vurub.

Dörd turdan sonra üç xalı olan Bakı klubu Çempionlar Liqasının ümumi turnir cədvəlində 31-ci pillədə qərarlaşıb.

İdman.Biz