Futbol üzrə Misli Premyer Liqasında 10-cu tura bu gün yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, sonuncu oyunda “Sumqayıt” “Şəfa”nı qəbul edəcək.
Görüş “SOCAR Polymer Arena”da, saat 19:00-da start götürəcək.
“Sumqayıt” təmsilçisi səkkiz xalla doqquzuncu pillədə qərarlaşıb. “Şəfa” üç xalla 11-cidir.
Misli Premyer Liqası
Birinci dövrə, 10-cu tur
2 noyabr
19:00. “Sumqayıt” - “Şəfa”
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“SOCAR Polymer Arena”
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 10-cu turun digər matçlarında “Turan Tovuz” “Sabah”ı (3:2), “Neftçi” “Şamaxı”nı (3:2), “Kəpəz” “İmişli”ni (1:0) məğlub edib. “Araz-Naxçıvan” - “Zirə” (2:2) və “Qəbələ” - “Qarabağ” (0:0) oyunlarında qalib müəyyənləşməyib.
