Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır

2 Noyabr 2026 11:07
104
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır

Boks üzrə U-23 Azərbaycan millisi Bakıda təlim-məşq toplanışına başlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, noyabrın 12-dək davam edəcək toplanışda komandamızla yanaşı, Türkiyə yığması da hazırlıq keçəcək.

Bakı Boks Mərkəzində təşkil olunan toplanışa 25-dək boksçu qatılıb. Komandalar gündə iki dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək.

Məşqlər Xorvatiyada təşkil olunacaq U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 16-24-də baş tutacaq.

İdman.Biz
Məqalədə: