Azərbaycan Premyer Liqası: “Şəfa” - “Araz-Naxçıvan” ilə üz-üzə

7 Noyabr 2026 09:08
56
Azərbaycan Premyer Liqası: “Şəfa” - “Araz-Naxçıvan” ilə üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının 11-ci turunda “Şəfa” - “Araz-Naxçıvan” qarşılaşması keçiriləcək.

İdman.Biz xəbər verir ki, saat 16:00-da start götürəcək qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.

“Şəfa” dörd xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Üç xala malik “Araz-Naxçıvan” isə sonuncu - 12-ci yerdədir.

Misli Premyer Liqası

Birinci dövrə 11-ci tur
7 noyabr (şənbə)

16:00. “Şəfa” - “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev.
VAR: Emin Əliyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“SOCAR Polymer Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qarabağ”ı, “Neftçi” isə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. Tura noyabrın 8-də yekun vurulacaq.

İdman.Biz