ABŞ-ın qadınlar arasında tələbə futbolu liqasında bir zərbə həm qolla, həm də futbolçunun zədələnməsi ilə nəticələnib.
İdman.Biz xəbər verir ki, “Luisvill” komandasının qapıçısı topu uzaqlaşdırmaq istəyərkən onu güclü zərbə ilə rəqib futbolçunun üzünə vurub. Top həmin oyunçudan geri sıçrayaraq qapıya daxil olub və qol qeydə alınıb.
Lakin hadisə bununla yekunlaşmayıb. Topun üzünə dəydiyi futbolçu zədələnərək görüşü davam etdirə bilməyib. Məşqçilər korpusu məcburi əvəzetməyə əl atıb.
Beləliklə, meydandakı bir epizod eyni anda iki gözlənilməz hadisəyə - kuryoz qola və futbolçunun zədələnməsinə səbəb olub.
