Futbol millimizin UEFA Qadınlar Millətlər Liqasındakı rəqibləri məlum olub

3 Noyabr 2026 17:48
85
Futbol millimizin UEFA Qadınlar Millətlər Liqasındakı rəqibləri məlum olub

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027 mövsümündə UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının ikinci qrupunda mübarizə aparacaq.

Yığmamızın rəqibləri Latviya, Gürcüstan və Lixtenşteyn komandaları olacaq.

Qeyd edək ki, qrup mərhələsinin matçları dairəvi sistem üzrə bir ev və bir səfər oyunu olmaqla keçiriləcək. birinci və ikinci turlar 2027-ci il fevralın 23-dən martın 6-dək, üçüncü və dördüncü turlar aprelin 13-dən 24-dək, beşinci və altıncı turlar isə iyunun 7-dən 15-dək baş tutacaq.

İdman.Biz