İkinci Liqada bu gün üç oyun keçiriləcək

3 Noyabr 2026 10:25
120
İkinci Liqada bu gün üç oyun keçiriləcək

Azərbaycan İkinci Liqasında doqquzuncu turun oyunlarına bu gün yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, bazar günü start götürən turun son oyun günündə üç qarşılaşma baş tutacaq.

“Zəngəzur” “Şəmkir”i, “Marafon” “Qaradağ Lökbatan”ı, “Dinamo” isə “Şirvan”ı qəbul edəcək.

Azərbaycan İkinci Liqa

Doqquzuncu tur
3 noyabr
11.00. “Zəngəzur” - “Şəmkir”

Hakimlər: Rəsul Babayev, Rizvan Süleymanov, Ruslan Məmmədov, Ləman Əmirli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu.

14:30. “Marafon” - “Qaradağ Lökbatan”
Hakimlər:
İslam Məmmədov, Ruslan Babayev, İlkin Mustafazadə, Kamil Aydınov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Sabirabad. “Marafon Arena”.

15:30. “Dinamo” - “Şirvan”
Hakimlər: Fəridə Lütfəliyeva, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Nəriman Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu.

Qeyd edək ki, turun digər oyunlarında “Ağstafa Gəncləri” “Şəki”ni (11:1), “Difai” “Hypers”i (3:1) məğlub edib, “Ağdaş” - “Kür-Araz” görüşündə (1:1) qalib müəyyənləşməyib.

İdman.Biz