Futbol üzrə Misli Premyer Liqasının lideri “Neftçi” keçirdiyi 10 qarşılaşmada 25 qol vurmaqla özü üçün 21-ci əsrin rekorduna imza atıb.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, Bakı klubunun mövsümün ilk 10 çempionat matçında ən azı 25 qol vurması sonuncu dəfə 2000-ci ildə qeydə alınıb. Paytaxt təmsilçisi 2000/2001 mövsümünün müvafiq dövründə 28 qol vurub.
Son 25 mövsümün ən yaxşı göstəricisinə imza atan “Neftçi” bundan əvvəlki 24 turnirin ilk 10 matçında da orta məhsuldarlıqda 2,50-yə çata bilməyib.
Qeyd edək ki, 1992-ci ildən keçirilən çempionatın tarixində ən yaxşı nəticə də “Neftçi”yə məxsusdur. Bakı təmsilçisi 1996/1997 mövsümünün startında 10 oyunda 42 qola sevinib.
