“Araz-Naxçıvan” Premyer Liqada 40-cı heç-heçəsini edib

3 Noyabr 2026 10:59
115
“Araz-Naxçıvan” Premyer Liqada 40-cı heç-heçəsini edib

“Araz-Naxçıvan” futbol komandası Azərbaycan çempionatlarının yüksək dəstəsində 40-cı heç-heçəsini edib.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bu, Misli Premyer Liqasının 10-cu turunda gerçəkləşib.

Muxtar Respublika təmsilçisi öz meydanında “Zirə” ilə sülhə imza atıb - 2:2.

“Araz-Naxçıvan” Premyer Liqada keçirdiyi 157-ci matçında “40”a çatıb. Heç-heçələrdən 23-ü evdə, 17-si səfərdə qeydə alınıb. Naxçıvan təmsilçisi turnirin tarixində ən azı 40 görüşdə bir xal əldə edən 21-ci komandadır.

İdman.Biz