“Liverpul”un ulduzu 750 min avroya unikal “Lamborghini” aldı - VİDEO

3 Noyabr 2026 11:14
110
“Liverpul”un ulduzu 750 min avroya unikal “Lamborghini” aldı - VİDEO

İngiltərənin “Liverpul” futbol komandasının hücumçusu Uqo Ekitike bahalı avtomobil alması ilə gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, 24 yaşlı fransalı futbolçu təxminən 750 min avro (1.5 milyon AZN) dəyərində qiymətləndirilən “Lamborghini Revuelto” superkarına sahib olub.

Avtomobil Ekitikenin şəxsi istəyinə uyğun olaraq tamamilə fərdi dizaynda hazırlanıb. Mat ağ rəngli kuzov, karbon lifindən hazırlanmış detallar, xüsusi təkər diskləri və salonun fərqli tərtibatı onu standart modellərdən ayırır. Bu dizayn konfiqurasiyasının dünyada yeganə olduğu bildirilir.

“Lamborghini Revuelto” texniki göstəriciləri ilə də diqqət çəkir. Avtomobil 6,5 litrlik V12 mühərriki və üç elektrik mühərriki ilə birlikdə 1015 at gücü hasil edir. Superkar saatda 100 km sürətə cəmi 2,5 saniyəyə çatır, maksimal sürəti isə 350 km/saatı ötür.

Qeyd edək ki, Ekitike 2026-cı ilin aprelində PSJ ilə Çempionlar Liqası matçında aldığı ağır zədədən sonra yaşıl meydanlardan uzaqdır. Fransalı hücumçu hazırda bərpa prosesini davam etdirir.

İdman.Biz