“Trabzonspor”un qapıçısı Andre Onana mövsümün əvvəlində yenidən icarə əsasında “Mançester Yunayted”dən Türkiyə klubuna keçdikdən sonra inamlı çıxışı ilə diqqət çəkir.
İdman.Biz xəbər verir ki, 30 yaşlı kamerunlu qolkiper göstərdiyi performansla komandasının əsas güvən mənbələrindən birinə çevrilib.
Opta statistikasına əsasən, Onana bu mövsüm Türkiyə Super Liqasında qapısına çərçivəyə düşən 52 zərbənin 45-ni dəf edib. Bununla da onun seyv faizi 85-ə çatıb. Bu göstərici çempionatda ən yüksək nəticə olmaqla yanaşı, qapıçının karyerasında da rekorddur.
Onana xüsusilə “Papara Park”da keçirilən oyunlarda rəqiblərə fərqlənmək imkanı verməyib. Təcrübəli qolkiper çempionatda son 4 ev matçında qapısına çərçivəyə düşən 21 zərbənin hamısını dəf edib və bu müddətdə qol buraxmayıb.
