Azərbaycanın qadınlardan ibarət futbol millisi FIFA reytinqində əvvəlki mövqeyində qalıb.
İdman.Biz xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv 1317,93 xalla 75-ci pillədə qərarlaşıb.
Reytinq cədvəlinə 2121,50 xalla İspaniya millisi başçılıq edir. ABŞ 2042,38 xalla ikinci, Almaniya isə 2034,62 xalla üçüncü yerdədir.
