“Arsenal” qadın komandası antirekorda imza atdı

18 Oktyabr 2026 22:40
104
“Arsenal” qadın komandası antirekorda imza atdı

İngiltərənin “Arsenal” qadın futbol komandası ölkə çempionatında klub tarixinin antirekorduna imza atıb.

İdman.Biz xəbər verir ki, London təmsilçisi Qadınlar Superliqasının altıncı turunda “Birminqem”lə 1:1 hesablı heç-heçə edib.

Bununla da “Arsenal”ın çempionatda qələbəsiz oyunlar seriyası beş qarşılaşmaya çatıb. Bu, London klubunun Qadınlar Superliqasında (WSL) çıxış etdiyi müddətdə qeydə alınan ən uzun qələbəsiz seriyadır.

Baş məşqçi Rene Slegersin rəhbərlik etdiyi komanda mövsümün ilk altı turunda cəmi altı xal toplayıb.

Qeyd edək ki, London təmsilçisi növbəti turda oktyabrın 24-də səfərdə “Tottenhem”lə qarşılaşacaq.

İdman.Biz