Jalə Məhsimova “Neftçi”də qalacaq

27 Sentyabr 2026 15:39
77
Jalə Məhsimova “Neftçi”də qalacaq

Azərbaycan qadın futbol millisinin üzvü Jalə Məhsimova karyerasını “Neftçi”də davam etdirəcək.

İdman.Biz xəbər verir ki, futbolçu 2026/2027 mövsümündə də Azərbaycan Qadınlar Super Liqasında çıxış edən paytaxt təmsilçisinin formasını geyinəcək.

Məhsimova ötən mövsümü Türkiyənin “Yüksekova” klubunda keçirib. O, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin heyətində altı oyunda meydana çıxıb, 505 dəqiqə oynayıb və üç məhsuldar ötürmə verib.

İdman.Biz