“Kəpəz”in qızları rəqib qapısından səkkiz top keçirdilər - FOTO

14 Noyabr 2026 21:22
36
“Kəpəz”in qızları rəqib qapısından səkkiz top keçirdilər

“Kəpəz” Futbol Akademiyasının 16 yaşadək qızlardan ibarət komandası AFFA Qızlar U-16 Liqasında böyükhesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, Gəncə təmsilçisi üçüncü tur çərçivəsində “Mingəçevir”in müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Baş məşqçi Rafiq Qurbanov və məşqçi Fuad İsmayılovun yetirmələri görüşdə tam üstünlüyə yiyələnərək rəqibini 8:1 hesabı ilə məğlub ediblər.

Qalib komandanın heyətində Ayan Ocaqova het-trik edib. Mədinə Həmzəyeva iki dəfə fərqlənib. Aysun Qurbanova, Fatimə Bağırzadə və Aytac Tağıyeva isə hərəyə bir qol vurublar.

İdman.Biz