Qadınların “El-Klasiko”sunda darmadağın

5 Oktyabr 2026 00:16
82
Qadınların “El-Klasiko”sunda darmadağın

İspaniya qadın futbol çempionatının altıncı turunda “Barselona” və “Real” üz-üzə gəliblər.

İdman.Biz xəbər verir ki, “Spotify Kamp Nou”da keçirilən “El-Klasiko” meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün əsas qəhrəmanı Klaudiya Pina olub. “Barselona”nın futbolçusu ilk hissədə dörd qol vuraraq pokerə imza atıb. O, 4, 28, 32 və 45-ci dəqiqələrdə fərqlənib. Karolin Qrem Hansen 33-cü dəqiqədə komandasının digər qolunu vurub və “Barselona” fasiləyə 5:0 hesablı üstünlüklə yollanıb.

İkinci hissədə də kataloniyalıların üstünlüyü davam edib. Eva Payor 55-ci dəqiqədə hesabı 6:0 edib. Görüşdə son nöqtəni isə 88-ci dəqiqədə Sidney Şertenleyb qoyub - 7:0.

Bu nəticə “Barselona”nın “Real” üzərində ən böyükhesablı qələbələrindən biri olmaqla yanaşı, 2020-ci ildə Madrid klubunun qadın komandasının yaradılmasından sonra bu rəqibə qarşı ən böyük qələbəsi olub.

“Barselona” bununla mövsümdə ardıcıl yeddinci qələbəsini qazanıb. Kataloniya təmsilçisi həmin oyunlarda ümumilikdə 32 qol vurub, cəmi iki qol buraxıb.

Qeyd edək ki, “Barselona” altı turdan sonra 18 xalla turnir cədvəlinə başçılıq edir. “Real” isə bu məğlubiyyətdən sonra üçüncü pilləyə geriləyib.

İdman.Biz