Qadın basketbol millimiz İslandiya ilə qarşılaşacaq

17 Noyabr 2026 09:23
21
Qadın basketbol millimiz İslandiya ilə qarşılaşacaq

Qadın basketbolçulardan ibarət Azərbaycan yığması 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti sınağına çıxacaq.

İdman.Biz xəbər verir ki, millimiz üçüncü tur çərçivəsində İslandiya komandası ilə səfərdə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Azərbaycan millisi qrupun lideri ilə qarşılaşacaq. İslandiya yığması iki oyundan dörd xal toplayaraq A qrupunda birinci, Azərbaycan isə xalsız sonuncu – dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, komandamız əvvəlki turlarda İrlandiyaya 73:91, İsveçrəyə isə 33:84 hesabı ilə məğlub olub.

İdman.Biz