Şakil O’Nil NBA tarixinin ən böyük basketbolçusunun adını açıqladı

17 Noyabr 2026 04:13
35
Şakil O’Nil NBA tarixinin ən böyük basketbolçusunun adını açıqladı

NBA-nın əfsanəvi basketbolçusu Şakil O’Nil liqa tarixinin ən böyük oyunçusunun kim olması ilə bağlı fikrini açıqlayıb.

İdman.Biz xəbər verir ki, dördqat NBA çempionu “Free Range with Von Miller” podkastında bu ada Maykl Cordanı layiq gördüyünü bildirib.

“Onların hamısı böyük uğurlar qazanıblar. Amma məndən kimin ən böyük olduğunu soruşsanız, Maykı seçərəm. Maykdan əvvəl isə bu, Doktor Cey (Culius İrvinq) idi”, - deyə O’Nil vurğulayıb.

Qeyd edək ki, Maykl Cordan “Çikaqo Bullz”un heyətində altı dəfə NBA çempionu olub. O, həmçinin ABŞ millisi ilə 1984 və 1992-ci illərdə Olimpiya Oyunlarının qızıl medalını qazanıb.

İdman.Biz