“LANDAU Lions”un basketbolçusu turun ən yaxşısı oldu

16 Noyabr 2026 09:45
32
“LANDAU Lions”un basketbolçusu turun ən yaxşısı oldu

“LANDAU Lions” basketbol klubunun oyunçusu De Ondre Cekson FIBA Avropa Kubokunda altıncı turun ən yaxşı oyunçusu (MVP) seçilib.

İdman.Biz xəbər verir ki, ABŞ-li basketbolçu İsveçrədə yerli “Geneve De Lions” komandasına qarşı keçirilən matçda nümayiş etdirdiyi məhsuldar oyunla fərqlənərək turun ən yaxşısı adına layiq görülüb.

O, sözügedən qarşılaşmanı 34 xal, iki ribaund, iki assist və 30 effektivlik göstəricisi ilə başa vurub.

Qeyd edək ki, “LANDAU Lions” FIBA Avropa Kubokunun altıncı turu çərçivəsində səfərdə “Geneve De Lions” klubuna 77:85 hesabı ilə məğlub olub.

İdman.Biz