Azərbaycan Basketbol Liqasında yeddinci tura bu gün start veriləcək.
İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Turun mərkəzi görüşündə son ölkə çempionu “Sabah” “Neftçi” ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da Milli Gimnastika Arenasında başlayacaq.
Turnir cədvəlinə 10 xalla “Neftçi” başçılıq edir. Doqquz xalı olan “Sabah” isə ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, yeddinci tura noyabrın 16-da yekun vurulacaq.
