Azərbaycan klubunun basketbolçusu Avropa Kubokunda turun bombardiri oldu

12 Noyabr 2026 19:02
37
Azərbaycan klubunun basketbolçusu Avropa Kubokunda turun bombardiri oldu

“LANDAU Lions”un basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda həftənin ən çox xal toplayan oyunçusu olub.

İdman.Biz xəbər verir ki, FIBA altıncı turun icmalında amerikalı basketbolçunu 34 xalla həftənin ən məhsuldar oyunçusu kimi göstərib.

Cekson bu nəticəni İsveçrənin “Lions de Geneve” komandası ilə səfər qarşılaşmasında qeydə alıb. Onun məhsuldar oyununa baxmayaraq, “LANDAU Lions” rəqibinə 77:85 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu, Azərbaycan təmsilçisinin turnirdə keçirdiyi altı oyunda beşinci məğlubiyyəti olub.

İdman.Biz