FIBA Avropa Kubokunda “şirlərin” dueli: “LANDAU Lions” “Lions de Geneve” ilə qarşılaşacaq

11 Noyabr 2026 11:43
47
FIBA Avropa Kubokunda “şirlərin” dueli: “LANDAU Lions” “Lions de Geneve” ilə qarşılaşacaq

Azərbaycanın “LANDAU Lions” basketbol klubu bu gün FIBA Avropa Kubokunda növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, təmsilçimiz G qrupunda səfərdə İsveçrənin “Lions de Geneve” komandası ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 23:30-da başlayacaq görüşdə “LANDAU Lions” qələbə qazanmağa çalışacaq.

Qeyd edək ki, “Lions de Geneve” səkkiz xalla altı komanda arasında üçüncü pillədə qərarlaşıb. Keçirdiyi beş oyunda bir qələbə qazanan Azərbaycan klubu isə altı xalla sonuncu sırada yer alıb.

İdman.Biz