Qadın basketbolçulardan ibarət Azərbaycan millisi bu gün 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, yığma A qrupunun ilk turunda Bakıda İsveçrə komandası ilə qarşılaşacaq.
Milli Gimnastika Arenasında keçiriləcək görüş saat 15:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 14-də seçmə mərhələnin növbəti matçında İrlandiya yığmasını qəbul edəcək.
