“Dallas Maveriks”in ABŞ-li hücumçusu Kuper Flegq NBA-nın müntəzəm çempionatında “İndiana Peysers”lə qarşılaşmada iki tarixi rekorda imza atıb.
İdman.Biz xəbər verir ki, 19 yaşlı basketbolçu görüşdə 43 xal toplayıb, 11 ribaund götürüb, altl məhsuldar ötürmə verib və 3 top ələ keçirib.
Eyni zamanda, Flegq NBA tarixində 20 yaşına çatmamış bir oyunda ən azı 40 xal, 10 ribaund, 5 məhsuldar ötürmə və 3 top ələ keçirmə göstəricilərinə çatan ilk basketbolçu olub.
Görüş “Dallas”ın 125:122 hesablı qələbəsi ilə başa çatıb. Flegq meydandan 25 atışın 16-sını, o cümlədən 6 üçxallıq cəhdin 3-nü dəqiq yerinə yetirib. O, 8 cərimə atışının hamısından yararlanıb. Basketbolçu 38 dəqiqə ərzində 1 blokşot da edib.
Bundan əlavə, bu qarşılaşma Flegqin 20 yaşına çatmamış 40 və daha çox xal topladığı beşinci oyun olub. Beləliklə, o, NBA tarixində bu yaşda beş dəfə 40 xal həddini keçən ilk yeniyetmə basketbolçuya çevrilib.
