“Neftçi” bu gün FIBA Avropa Kubokunda növbəti oyununa çıxacaq

11 Noyabr 2026 10:08
59
“Neftçi” bu gün FIBA Avropa Kubokunda növbəti oyununa çıxacaq

“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisi H qrupunda Yunanıstanın “Mikonos” klubu ilə üz-üzə gələcək.

Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, keçirdiyi beş oyunun hamısında məğlub olan “Neftçi” hazırda qrupda altıncı, sonuncu pillədə qərarlaşıb. Komanda növbəti matçını noyabrın 18-də Latviya təmsilçisi VEF “Riqa”ya qarşı keçirəcək.

İdman.Biz