“Sabah”a məğlubiyyətdən sonra “Trabzonspor” baş məşqçisini istefaya göndərdi

12 Noyabr 2026 00:54
40
“Sabah”a məğlubiyyətdən sonra “Trabzonspor” baş məşqçisini istefaya göndərdi

Türkiyənin “Trabzonspor” basketbol klubu “Sabah”a böyükhesablı məğlubiyyətdən sonra baş məşqçisi Selcuk Ernakla yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, klub rəhbərliyi mütəxəssisi vəzifəsindən azad etmək qərarına gəlib.

Qərar FIBA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda keçirilən səfər qarşılaşmasından sonra açıqlanıb. Həmin görüşdə “Trabzonspor” Azərbaycan təmsilçisinə 72:91 hesabı ilə uduzub.

Türkiyə klubunun rəsmi açıqlamasında bildirilib:

“Basketbol komandamızın baş məşqçisi vəzifəsində çalışan Selcuk Ernak vəzifəsindən azad edilib. Ona gələcək karyerasında uğurlar arzulayırıq”.

Qeyd edək ki, “Sabah”a yenilgi “Trabzonspor”un FIBA Çempionlar Liqasının qrup mərhələsində dörd oyunda ikinci məğlubiyyəti olub.

Beləliklə, Azərbaycan klubunun 19 xal fərqi ilə qalib gəldiyi qarşılaşma Ernakın Türkiyə təmsilçisinin baş məşqçisi kimi son oyunu olub.

İdman.Biz