“Gəncə” basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, C qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi altıncı tur çərçivəsində Türkiyənin “Esenler Erokspor” klubunu qəbul edəcək.
Gəncə İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
Turnir cədvəlində “Esenler Erokspor” 10 xalla liderdir. Beş xala malik “Gəncə” isə altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, “Gəncə” indiyədək keçirdiyi oyunlarda Rumıniyanın “Universitatiya” (96:105), Yunanıstanın “Kolossos” (62:80) və “Esenler Erokspor” (63:92) komandalarına məğlub olub. Azərbaycan klubu evdə Portuqaliyanın “Sportinq” kollektivini 69:67 hesabı ilə üstələyib. “Rilski Sportist”lə (Bolqarıstan) görüşdə isə texniki məğlubiyyətlə (0:20) üzləşib.
