ABŞ-li basketbolçu “Naxçıvan”la müqavilə imzaladı

13 Noyabr 2026 17:40
45
ABŞ-li basketbolçu “Naxçıvan”la müqavilə imzaladı

ABŞ-dən basketbolçu Aubri Makalpayn “Naxçıvan” klubuna keçib.

İdman.Biz xəbər verir ki, bu barədə Muxtar Respublika təmsilçisi məlumat yayıb.

Oyunçu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, Aubri Makalpayn 2023/2024 mövsümündə də “Naxçıvan”ın formasını geyinib. O, son olaraq ötən mövsüm “LANDAU Lions” komandasında çıxış edib.

İdman.Biz