Azərbaycan cüdoçuları bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Qran-pri turnirində mübarizəyə başlayacaqlar.
İdman.Biz xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin dörd üzvü üç çəki dərəcəsində tatamiyə çıxacaq.
Qadınların 52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva 1/16 finalda xorvatiyalı Tihea Topolovetslə qarşılaşacaq.
Kişilərin yarışında isə 60 kq-da Murad Muradlı 1/16 finalda fransalı Luka Mxeidze ilə üz-üzə gələcək. 66 kq çəki dərəcəsində Nizami İmranov fransalı Daiki Buba, Turan Bayramov isə almaniyalı Florian Bökerlə qarşılaşacaq. Hər iki görüş 1/16 final mərhələsi çərçivəsində baş tutacaq.
Təsnifat görüşləri saat 12:45-də, final bloku isə 20:00-da başlayacaq.
Qeyd edək ki, turnirə noyabrın 15-də yekun vurulacaq.
