Cüdoçularımız Avropa çempionatını ikinci pillədə başa vurdular - FOTO

12 Noyabr 2026 17:05
32
Cüdoçularımız Avropa çempionatını ikinci pillədə başa vurdular - FOTO

Bakı İdman Sarayında eşitmə qabiliyyəti məhdud idmançılar arasında keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub.

İdman.Biz xəbər verir ki, doqquz idmançı ilə təmsil olunan Azərbaycan millisi yarışı dörd medalla başa vuraraq kişilər arasında ümumi komanda hesabında ikinci yeri tutub.

Yığmamızın heyətində Coşqun Əliyev (60 kq) və Xalid Məmmədov (66 kq) bütün rəqiblərini üstələyərək Avropa çempionu olublar.

Aydın Əzizov (81 kq) finala qədər irəliləyərək gümüş medal qazanıb. Eltun Məmmədov (73 kq) isə bürünc medala sahib çıxıb.

Medal sıralamasına səkkiz qızıl, doqquz gümüş və altı bürünc medalla Rusiya başçılıq edib. Azərbaycan iki qızıl, bir gümüş və bir bürünc medalla ikinci, Fransa isə iki qızıl medalla üçüncü pillədə qərarlaşıb.

Yarış 11-12 noyabr tarixlərində Bakıda keçirilib. Rəsmi yarış portalında 77 iştirakçı qeydiyyata alınıb.

İdman.Biz