Bakıda eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatına start verildi - FOTO

11 Noyabr 2026 16:49
35
Bakıda eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatına start verildi - FOTO

Bakıda İdman Sarayında eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib. Yarış Azərbaycanda ilk dəfə təşkil olunur.

İdman.Biz xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov və Avropa Karlar İdman Təşkilatının (EDSO) rəhbəri İosif Stavrakakis çıxış ediblər.

Açılış mərasimində rəqqasların və müğənni Samirə Əfəndinin iştirakı ilə şou proqramı təqdim olunub. Bundan başqa, tamaşaçılar üçün qısa jest dili dərsi də təşkil edilib.

Daha sonra günün ilk final görüşlərinə start verilib.

Qeyd edək ki, Azərbaycan Deflimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən çempionat ölkəmizdə ilk dəfə baş tutur. Yarışda 12 ölkədən 80-ə yaxın güclü idmançı iştirak edir. Turnir noyabrın 12-də başa çatacaq.

İdman.Biz