Bu gün Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start veriləcək.
İdman.Biz xəbər verir ki, 9–10 noyabr tarixlərində təşkil olunacaq yarış Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.
Saat 10:00-da başlayacaq turnirdə 71 klub və idman cəmiyyətindən ümumilikdə 587 cüdoçu iştirak edəcək.
İdmançıların 483-ü oğlan, 104-ü isə qızdır. Yeniyetmələr 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, birinciliyin keçirilməsində əsas məqsəd kvotalar əsasında Azərbaycan çempionatında iştirak hüququ qazanacaq cüdoçuları müəyyənləşdirməkdir.
