Noyabrın 6-da Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan təşkil olunub.
İdman.Biz xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) keçirdiyi imtahanda ümumilikdə 288 cüdoçu iştirak edib.
İdmançılar yaş qruplarına uyğun olaraq ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə tələb olunan texniki bilik və bacarıqlarını nümayiş etdiriblər.
İmtahan meyarlarını uğurla yerinə yetirən iştirakçılara müvafiq kəmər və sertifikatlar təqdim edilib.
Qeyd edək ki, kəmər dərəcələri üzrə imtahan sistemi cüdoçuların texniki hazırlığının ardıcıl şəkildə qiymətləndirilməsinə, öyrənilən bacarıqların möhkəmləndirilməsinə və növbəti inkişaf mərhələsinə keçidinə xidmət edir. Müvafiq kəmər dərəcəsinə sahib olmaq eyni zamanda bir sıra mühüm daxili yarışlarda iştirak üçün əsas tələblərdən biridir.
