Azərbaycan Zaqreb Qran-Prisində 14 cüdoçu ilə təmsil olunacaq - FOTO

5 Noyabr 2026 21:14
23
Azərbaycan Zaqreb Qran-Prisində 14 cüdoçu ilə təmsil olunacaq

Azərbaycan cüdo millisinin noyabrın 13-15-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Qran-Pri turniri üçün heyəti müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi qeydiyyat siyahısına əsasən, ölkəmiz yarışda 14 idmançı ilə təmsil olunacaq. Onlardan 10-u kişi, dördü qadındır.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıran turnirdə Azərbaycan cüdoçuları 10 çəki dərəcəsində mübarizə aparacaqlar.

Kişilərdən ibarət milli komandaya böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət yığmaya isə baş məşqçi Amina Abdellatif rəhbərlik edəcəklər.

Qadınlar:

48 kq - Könül Əliyeva

52 kq - Gültac Məmmədəliyeva

70 kq - Südabə Ağayeva

+78 kq - Madina Kaisinova

Kişilər:

60 kq - Murad Muradlı

66 kq - Turan Bayramov, Nizami İmranov

73 kq - Nəriman Mirzəyev, Rüfət Şövlətov

90 kq - Murad Fətiyev, Vüqar Talıbov

100 kq - Əjdər Bağırov

+100 kq - Uşanqi Kokauri, Kənan Nəsibov

Qeyd edək ki, Dünya Cüdo Turuna daxil olan Zaqreb Qran-Prisində 70 ölkədən 518 idmançının iştirakı gözlənilir.

İdman.Biz