Noyabrın 7-8-də Abşeron Olimpiya İdman Kompleksində 14 yaşadək yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyi keçiriləcək.
İdman.Biz xəbər verir ki, yarışda 73 klub və idman cəmiyyətindən ümumilikdə 483 cüdoçu iştirak edəcək.
İdmançılardan 417-si oğlan, 66-sı isə qızdır. Yeniyetmələr 18 çəki dərəcəsində mübarizə aparacaqlar.
Turnirin keçirilməsində əsas məqsəd kvotalar əsasında Azərbaycan birinciliyində iştirak etmək hüququ qazanacaq cüdoçuları müəyyənləşdirməkdir.
