Noyabrın 5-6-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə kəmər dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə rəsmi imtahan təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə keçiriləcək imtahanda yeddi yaşdan yuxarı bütün cüdoçular iştirak edə bilərlər.
İştirakçılar yaşlarına uyğun kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirəcəklər. Sınaqdan uğurla keçən idmançılar federasiya tərəfindən müvafiq kəmər və sertifikatla təltif olunacaqlar.
Namizədlər qeydiyyatdan keçmək üçün təmsil etdikləri idman təşkilatına və ya birbaşa ACF-ə müraciət edə bilərlər.
Qeyd edək ki, 2026-cı ildən etibarən rəsmi kəmər dərəcəsi olmayan cüdoçuların yarışlarda iştirakına icazə verilmir.
