Cüdo üzrə U-17 Bakı şəhər birinciliyi keçiriləcək

5 Noyabr 2026 09:34
19
Cüdo üzrə U-17 Bakı şəhər birinciliyi keçiriləcək

Noyabrın 9-10-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək.

İdman.Biz xəbər verir ki, turnirdə 71 klub və idman cəmiyyətindən 587 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

İştirakçıların 483-ü oğlan, 104-ü qız idmançıdır. Cüdoçular 16 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

İdman.Biz