Bakıda cüdo üzrə şəhər çempionatı keçiriləcək

7 Noyabr 2026 15:33
34
Bakıda cüdo üzrə şəhər çempionatı keçiriləcək

Noyabrın 14-dən 15-dək Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Turnirdə 35 klub və idman cəmiyyətindən 245 cüdoçu (201 oğlan, 44 qız) 14 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

İdman.Biz