Bakıda 215 cüdoçu mübarizə apardı: ilk günün qalibləri müəyyənləşdi - FOTO

7 Noyabr 2026 23:29
72
Bakıda 215 cüdoçu mübarizə apardı: ilk günün qalibləri müəyyənləşdi

Abşeron Olimpiya İdman Kompleksində 14 yaşadək yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib.

İdman.Biz xəbər verir ki, noyabrın 7-də keçirilən ilk yarış günündə 215 cüdoçu tatamiyə çıxıb. Qızlar arasında beş, oğlanlar arasında isə dörd çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.

Qızların yarışında Ayan Piriyeva (36 kq), Ayan Məmmədli (44 kq), Nuray İsgəndərzadə (52 kq), Ülkər Həsənli (63 kq) və Mina Cəbrayılzadə (+70 kq) qızıl medal qazanıblar.

Oğlanların mübarizəsində isə Ayxan Ağamalıyev (38 kq), Hüseyn Səmədov (46 kq), Sənan Mirzəzadə (55 kq) və Məhəmmədəli Heydərov (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk yarış gününün bütün mükafatçılarını təqdim edirik:

Qızlar

36 kq

Ayan Piriyeva (Hünər İK) - qızıl

Məlahət Məmmədzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM) - gümüş

44 kq

Ayan Məmmədli (RKİM) - qızıl

Gülay Məmmədli (Qala PİK) - gümüş

Validə Rami (Champion 74) - bürünc

Mehparə Həsrətzadə (Günəşli İK) - bürünc

52 kq

Nuray İsgəndərzadə (Şağan OİK) - qızıl

Nuray Əkbərzadə (RKİM) - gümüş

Songül Əhmədli (Bakı şəhəri 10 nömrəli UGİM) - bürünc

63 kq

Ülkər Həsənli (Kürdəxanı Cüdo Klubu) - qızıl

+70 kq

Mina Cəbrayılzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM) - qızıl

Oğlanlar

38 kq

Ayxan Ağamalıyev (Neftçi İK) - qızıl

Adil Məmmədli (Turan İK) - gümüş

Hacımurad Mustafazadə (Arifoğlu İK) - bürünc

İbrahim Əlizadə (Şağan OİK) - bürünc

46 kq

Hüseyn Səmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM) - qızıl

Saleh Əlirzayev (RKİM) - gümüş

İmran Məlikov (Bakı şəhəri 13 nömrəli İOEUGİM) - bürünc

Zahid Hüseynzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM) - bürünc

55 kq

Sənan Mirzəzadə (Arifoğlu İK) - qızıl

Osman Hüseynov (Champion 74) - gümüş

Bayram Məmmədli (RKİM) - bürünc

Fəxrim Məhərrəmov (Judo Club 2018) - bürünc

66 kq

Məhəmmədəli Heydərov (Rinat İK) - qızıl

Mövlan İsgəndərli (Ordu İdman Klubu) - gümüş

Yusif Qəhrəmanlı (Bakı şəhəri 8 nömrəli İOEUGİM) - bürünc

Nihad Abdullah (Safarov Judo Academy) - bürünc

Qeyd edək ki, noyabrın 7-8-də keçirilən Bakı şəhər birinciliyində ümumilikdə 73 klub və idman cəmiyyətindən 483 cüdoçunun iştirakı nəzərdə tutulub. Yarışın yekununda Azərbaycan birinciliyinə vəsiqə qazanacaq idmançılar müəyyənləşdiriləcək.

İdman.Biz