Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub - FOTO

10 Noyabr 2026 21:06
47
Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub

Noyabrın 10-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyinə yekun vurulub.

İdman.Biz xəbər verir ki, ikinci yarış günündə 231 cüdoçu səkkiz çəki dərəcəsində qüvvəsini sınayıb. Qızlar arasında -44 kq, -52 kq, -63 kq və +70 kq, oğlanların mübarizəsində isə -55 kq, -66 kq, -81 kq və +90 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşib.

Turnirdə ümumilikdə 69 klub və idman cəmiyyətindən 490 cüdoçu iştirak edib. Onlardan 406-sı oğlan, 84-ü qız olub.

Son yarış gününün medalçılarını təqdim edirik:

Qızlar

-44 kq

1. Zəhra Quliyeva (Bakı şəhəri 2 nömrəli RİOEUGİM)
2. Ayan Həsənli (Judo Club 2012)
3. Aysu Əliyeva (Bakı şəhəri 1 nömrəli RİOEUGİM)
3. Rəfiqə Hüseynova (RKİM)

-52 kq

1. Zəhra Seyidzadə (RKİM)
2. Səkinə Zeynalova (Bakı şəhəri 8 nömrəli İOEUGİM)
3. Samirə Əliyeva (Balaxanı İM)
3. Şövkət Kərimova (ROİL)

-63 kq

1. Zilan Hüseynli (Şağan OİK)
2. Mələk Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. Zöhrə Ağazadə (Neftçi İK)
3. Məryəm Yusifli (Ordu İdman Klubu)

+70 kq

1. Zəhra İbadova (Neftçi İK)
2. Aysu Quliyeva (Judo Club 2012)
3. Rəhimə İsmiəliyeva (Bakı şəhəri 8 nömrəli İOEUGİM)

Oğlanlar

-55 kq

1. Anar Mirzoev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
2. Aqil Nağıyev (Sərhədçi İM)
3. Ülvi Cəlilzadə (Neftçi İK)
3. Rza Ayvazlı (Şağan OİK)

-66 kq

1. Əli Cəfərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
2. Mikayıl Qocayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. Harun Sultanov (ROİL)
3. Rövşən Qurbanəliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

-81 kq

1. Yusif Ağakişiyev (RKİM)
2. Məhəmmədəli Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM)
3. İslam Adıgözəlzadə (Elxan İK)
3. Oktay Bəndəliyev (Arifoğlu İK)

+90 kq

1. Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
2. Munir Əlizadə (Atilla İK)
3. Rəsul Ağayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. İdris Xanbalayev (Ordu İdman Klubu)

İdman.Biz